Aynişan dəhşətli gecə keçirib - “Hələ də qorxu içindəyəm“

saytların hazırlanması

Evə çatdırılma

Aynişan dəhşətli gecə keçirib - “Hələ də qorxu içindəyəm“

Şou

04 İyul 2023 11:02 1770


Ötən gün Bakı və Abşeron yarımadasında yearaltı təkan baş verib. Yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub. 

Zəlzələnin episentri 5,5 bal gücündə qeydə alınıb. Yeraltı təkanlar Bakı və digər şəhərlərdə də hiss olunub.

Yenisabah.az xəbər verir ki, zəlzələdən təşvişə düşənlər arasında Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloger Aynişan Quliyeva da olub. O, bu haqda sosial şəbəkə hesabında paylaşım edərək çox qorxduğunu etiraf edib: 

"Son dəfə nə zaman bu qədər qorxduğumu xatırlamıram. Biz 17-ci mərtəbədə oluruq, ev rəsmən yellənirdi. Yatağım və çilçıraq dayanmırdı. Hələ də qorxu içindəyəm". 

Bloger gecə oteldə qaldığını bildirib. O, iti olduğu üçün hər otelin onu qəbul etmədiyini də açıqlayıb: 

"Buddy (it) ilə bizi hər otel qəbul etmir. Gecə saat 4-ə kimi otel axtarmışıq. Nəhayət, sevimli İçərişəhərdə tapa bildik". 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!