“Kişiyə qarşı ilk addımı atmaram“ - Aynişan

saytların hazırlanması

Evə çatdırılma

“Kişiyə qarşı ilk addımı atmaram“ - Aynişan

Şou

25 Oktyabr 2021 11:40 1823


Aynişan Quliyeva sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb.

Yenisabah.az xəbər verir ki, son vaxtlar şəxsi həyatı ilə tez-tez gündəmə gələn 30 yaşlı bloger bu haqda sorğuları iqnor edib:

- Qoç bürcü olmağın ən yaxşı tərəfləri nələrdir? Dominos pizza

- Qoç bürcü olmağın bir çox özəllikləri var, amma əsas hisslərini maksimum göstərə, istəyəndə isə gizlədə bilmə bacarığı.

- Sizcə, qadın çox sevsə yaxşıdır, yoxsa kişinin sevgisi çox olsa?

- Kişi qadını nə qədər çox sevsə, qadın da onu o qədər çox sevəcək. Sevə bilməyən kişi sevilməyə layiq deyil. Və sevmək sadəcə sözdə deyil, xırda görsənən böyük diqqətdədir.

- Xoşunuza gələn adam olsa, ilk addımı atarsınız?

- Xeyr. Düşünürəm ki, əgər qarşılıqlıdırsa, kişiyə olan sayğıdan bunu ona həvalə etmək lazımdır ki, yerlər dəyişməsin. Yox, əgər birtərəflidirsə, o zaman bunu bilməyinə ehtiyac yoxdur.

- Oğlan əgər qızı sevmirsə, niyə gözlərinin içinə diqqətlə baxır, sizcə?

- Adam var göz kontaktı qurmadan danışa bilmir. Yəni fərqli səbəb ola bilər. Hə, bir də onu deyim ki, sevəndə elə çox da gözlərə baxa bilmir, utanır insan.

- Keçmişdə sevdiyim insanı unuda bilmirəm, başqasını sevə bilmirəm, səbəb nədir?

- Özünü sev və heç kimdən asılı olma! Bir insanı unuda bilməmək üçün iki səbəb ola bilər: ya o insan ekstra enerjili və maraqlı olub, ya da siz özünüzü sevmirsiniz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!