Müğənni Aynur Dadaşova sənəti olan insanlara yetərincə dəyər verilməməsindən şikayətlənib.
Yenisabah.az xəbər verir ki, o, “Elgizlə izlə” verilişində bildirib:
“İndi insana geyimlə, görünüşlə, avtomobillə insana qiymət, dəyər verirlər. İnsanlıq qalıb bir tərəfdə. Sənəti, səsi olan insanlar isə arxa planda. Pepperoni pizza
Nə qədər pul qazansaq da, yenə də çatmır. Bütün günü çalışıram, işləyirəm, amma artıra bilmirəm. Şəxsən mən Aynur Dadaşova özümə bahalı avtomobil ala bilmirəm. Yalandan necə deyə bilərəm ki, bahalı maşınım var. 35 ildir ki, bu sənətdəyəm amma bahalı avtomobilim yoxdur. Çatdırıb almaq olmur”.
Telegram kanalımız