“Aysel Əlizadə kimi müğənnilər yüzlərlə ailəni dağıdıb”

saytların hazırlanması

Evə çatdırılma

“Aysel Əlizadə kimi müğənnilər yüzlərlə ailəni dağıdıb”

Şou

15 Mart 2019 15:28 1838


13 illik ailəsini müğənni Aysel Əlizadənin dağıtdığını deyən Turanə Nəcəfova videomüraciət ünvanlayıb. 

O, ailəsi müğənnilər tərəfindən dağıdılan xanımnlara səslənərək, onlardan dəstək istəyib. Əri olan iş adamı Elçin Nəvəfovun Aysellə eşq yaşadığını və övladını ondan aldığını söyləyən qadın bunları deyib:

"Bura çıxmağımı düzgün anlamayacaqsınız. Bura çıxmağa məcburam, həqiqətləri anladıram. Bir müğənni tərəfindən ailəm dağıdılıb. Sonuncu dəfə də qızım müğənni və ərimlə gedib, həmin vaxtdan uşağımı mənə göstərmirlər.  Marqarita pizza

Ailəmin dağılma səbəbi o, müğənnidir - Aysel Əlizadədir. Bura məcbur, utanaraq gəlmişəm, istəməzdim belə olsun. Ancaq övladım üçün bura gəlmişəm. Övladıma qovuşmaq istəyirəm, onun mənə alıb verilməsi üçün gəldim. Mənim kimi müğənni tərəfindən yüzlərlə ailəsi dağılan xanımlar var. Onlara səslənirəm ki, utanmayın, gəlin siz də çıxın bura".

Qeyd edək ki, Turanə "Səni axtarıram" verilişinə gələrək əri ilə Aysel Əlizadənin eşq yaşadığını idda edib. O, bildirib ki, ifaçının idarə etdiyi "Porsche" markalı avtomobili də ona əri alıb hədiyyə edib. Turanə iki qızı olduğunu, ərinin övladlarından birini götürüb, ona vermədiyini açıqlayıb.  

Axşam.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!