Aysel Əlizadə qalmaqaldan danışdı: “Üzr istənilməsini tələb edirəm”

saytların hazırlanması

Evə çatdırılma

Aysel Əlizadə qalmaqaldan danışdı: “Üzr istənilməsini tələb edirəm”

Şou

15 Mart 2019 01:45 2394


Evli iş adamını ailəsindən ayırmaqda adı hallanan müğənni Aysel Əlizadə açıqlama verib.

“Yeni Sabah” xəbər verir ki, müğənni İnstaqram səhifəsində bu haqda yazaraq barəsində səslənən fikirlərin əsassız olduğunu qeyd edib: “Həqiqətə uyğun olmayan və yalan fikirlərlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməkdəyəm. Şərəf və ləyaqətimin alçalmasına yönələn əsassız fikir formalaşdıran şəxslər qanun və məhkəmə qarşısında cavab verəcəklər. Televiziyada yayımlanan verilişdə barəmdə əsassız fikirlər səsləndirilməsinin dərhal dayandırılmasını, həmçinin, təkzib verilməsini və üzr istənilməsini tələb edirəm”.

O, həmçinin saytlardan da məlumatların yığışdırılmasını xahiş edib. Toyuqlu pizza

Xatırladaq ki, Turanə Nəcəfova adlı qadın aparıcı Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində 13 illik ailəsinin Aysel tərəfindən dağıdıldığını bildirib. O, iş adamı olan keçmiş əri Elçin Nəcəfovun ailəsini müğənniyə görə atdığını qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!