Aysel Şükürova məhkəməyə verildi

saytların hazırlanması

Evə çatdırılma

Aysel Şükürova məhkəməyə verildi

Şou

04 Aprel 2022 09:55 2269


Qalmaqallı bloger, Bakı Lift İdarəsinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı Aysel Şükürova yenidən məhkəməyə verilib.

Yenisabah.az xəbər verir ki, pravda.az-ın əldə etdiyi məlumatına görə, onun barəsində Bakı Apellyasiya Məhkəməsinə xüsusi ittiham qaydasında apellyasiya şikayəti daxil olub.

Aysel Şükürova ilə birgə onun keçmiş həyat yoldaşı Oqtay Əhmədov da məhkəməyə verilib. pizza

Hər iki şəxsin Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) maddəsi ilə ittiham olunması tələb edilib.

Birinci instansiya məhkəməsində Aysel Şükürova və Oqtay Əhmədovla bağlı müvafiq hökm çıxarılıb. Daha sonra hökmlə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edilib.

Şikayət hakim Elmar Rəhimovun icraatına verilib. Artıq məhkəmənin ilkin baxış iclası keçirilib, tərəflərin anket məlumatları dəqiqləşdirilib.

Növbəti məhkəmə iclası aprelin 14-nə təyin edilib.

Qeyd edək ki, Aysel Şükürovanın atası Qüdrət Şükürov barəsində 2018-ci ildə külli miqdarda pul mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanmışdı.

Bundan öncə isə Qüdrət Şükürovun qızı Ayselin ikinci dəfə ailə qurduğu zaman toyuna 400 min manat xərclədiyi haqda məlumat yayılmışdı. Aysel, eyni zamanda instaqramda fenomendir. Rəsmi təsdiqlənmiş bir milyondan çox izləyicisi olan səhifəsi var.

Xatırladaq ki, mətbuatda Aysel Şükürovanın daha əvvəl də məhkəməyə verildiyi barədə məlumatlar yazılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!