Aysel “Yandırdın qəlbimi” ifasına görə qazandığı məbləği açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Aysel “Yandırdın qəlbimi” ifasına görə qazandığı məbləği açıqladı

Şou

17 Noyabr 2025 16:15 2428


Aysel Əlizadə "Yandırdın qəlbimi" mahnısından əldə etdiyi gəlirdən danışıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə o, "İncə səhər" verilişində söz açıb.  

İfaçi qazanılan gəlirin ona qismət olmadığını deyib: Pepperoni pizza

"Mahnı yeddi il əvvəl "YouTube"də yayımlananda izləmə sayı 45 milyon idi. Kanalım bağlanmasaydı, 140 milyonu keçərdi. Yanlış addımlarımdan biri oldu. Müqavilə bağladım, yazılmışdı ki, mahnını şirkətə bağışlayıram. Buna da fikir verməmişəm. Türk dilini yaxşı bilmədiyim üçün imza atdım. Şirkət indi mənim pulumla dolanır. İlk mənim mahnımla çıxdı. Buradan heç bir şey qazanmadım.

Mənə bunu yaşadan insan zəng vurdu ki, halallıq ver, əməliyyat olunuram. Dedim ki, kanalımda videonu bərpa et, halallıq verirəm. Videonu bərpa etdilər, əməliyyatdan çıxandan sonra yenidən kanalımı bağlatdırdı. Mahnıma görə həmin şirkət 8 il içində yarım milyon dollardan çox pul qazanıb".

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!