Aysun: “Payınızı verib yerinizdə otuzduraram!” - Video

saytların hazırlanması

Evə çatdırılma

Aysun: “Payınızı verib yerinizdə otuzduraram!” - Video

Şou

21 Yanvar 2025 14:56 287


Efirdə müğənnilər Aysun İsmayılova ilə Ülviyyə Namazova arasında dava çıxıb. 

Yenisabah.az olay-a istinadla xəbər verir ki, “Rəngarəng”də qonaq olan Aysun Ülviyyənin İfratla duetini eşitmədiyini deyib.

Ü. Namazova efirə telefon bağlantısı ilə qoşularaq bu sözdən incidiyini dilə gətirib və Aysunun yalan danışdığını iddia edib. Bundan sonra A. İsmayılova özündən çıxaraq deyib: pizza hut

“Mahnılarınızın hamısını əzbər bilmək məcburiyyətim yoxdur. Heç kimə borcum yoxdur, kimdənsə suyum gəlmir. Demişəm ki, mahnı yenidir yəqin, eşitməmişəm. Mən İfratı izləmirəm. Xəbərim olsa, səndən qorxacaq yerim yoxdur, deyərəm. Heç kimin başı üçün deyil ki, "Aysun yalan danışır" desin.

Ülviyyə xanımla heç vaxt cici-bacılığım olmayıb, salam-sağolum var. Anamla və xalamla dostdur. Əgər mənə şər atacaqsasa, cavabını verərəm. Mən sizin üçün o, bu deyiləm. Payınızı verib yerinizdə otuzduraram!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    ÖZÜNƏ HÖRMƏT EDƏN MÜĞƏNNİ " rəngarəng" verilişinə gəlməz. Orada sənət yox, qalmaqal ƏSAS yer tutur.
    1 year ago