Azad edilən 1787 məhkumdan 34 nəfəri qadındır

saytların hazırlanması

Evə çatdırılma

Azad edilən 1787 məhkumdan 34 nəfəri qadındır

Sosial

03 Dekabr 2021 11:23 648


Penitensiar Xidmət üzrə 5 noyabrdan 1 dekabra qədər 1787 nəfərə amnitsiya aktı təqdim edilib.

Yenisabah.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aynur Sabitova deyib.

O bildirib ki  Zəfər gününün birinci ildönümü ərəfəsində "8 Noyabr -Zəfər Günü Münasibəti ilə amnitsiya elan edilməsi haqqında" qərarın icrası çərçivəsində 1787 nəfər məhkum haqqında amnitsiya aktı tərtib edilib: Dominos pizza

"Onlardan 34 nəfər qadın, 2 nəfər yetkinlik yaşına çatmayanlar və 60 nəfər isə 60 yaşlı məhkumlardır. Artıq 1391 nəfər məhkum azad edilib. Onlardan 1023 nəfər cəza çəkmə müəssisələrindən, 368 nəfər isə məntəqə tipli cəzaçəkmə müəssisəsindən evlərinə yola salınıb. 359 nəfər məhkum müalicəyə yönləndirilib, müalicə tədbirləri bitdikdən sonra azadlığa buraxılacaq. 64 nəfər məhkumun isə cəzası 6 ay azaldılıb".

A. Sabitova qeyd edib ki, bu gün Pentensiar Xidmət üzrə beş cəzaçəkmə müəssisəsindən 114 məhkum azadlığa buraxılacaq.

Qeyd edək ki, 5 noyabr tarixindən başlayan Amnistiya 4 ay müddətində davam etdiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!