Azadlığa buraxılan sabiq icra başçısı əməliyyat olundu

saytların hazırlanması

Evə çatdırılma

Azadlığa buraxılan sabiq icra başçısı əməliyyat olundu

Maraqlı

16 Sentyabr 2021 11:12 502


Bir neçə gün əvvəl Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən Yevlaxın sabiq icra başçısı Qoca Səmədov əməliyyat olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə onun vəkili Elnur Vəliyev bildirib.

Vəkilin sözlərinə görə, ürək xəstəliyindən əziyyət çəkən sabiq icra başçısı ötən gün axşam saatlarında birinci əməliyyatını keçirib. Dördpendirli pizza

Hazırda vəziyyəti stabildir.

Qeyd edək ki, Qoca Səmədovun barəsində olan həbs qətimkan tədbiri səhhəti ilə əlaqədar dəyişdrilib. Onun barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.

Xatırladaq ki, sabiq icra başçısı Dövlət Təhlükəsizliyi tərəfindən keçirilən əməliyyatla həbs olunmuşdu.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!