Məşhurların “Instagram”da bot izləyiciləri:   “Necə olur ki, onlar 365 günə 1 milyon yığır?”

saytların hazırlanması

Evə çatdırılma

Məşhurların “Instagram”da bot izləyiciləri: “Necə olur ki, onlar 365 günə 1 milyon yığır?”

Şou

09 May 2026 13:40 170


“Azərbaycanda sosial mediada saxta izləyiciləri olan xeyli müğənni var. Bunu çoxumuz bilirik. Məndə hətta çoxunun ekran görüntüləri də var. Elə olub ki, müğənnilərdən biri video paylaşıb, görmüşəm ki, dəqiqələr içində baxışlar və bəyənmələr dayanmadan artıb. Lakin adlarını demək açıqlamaq istəmirəm”.

Bunu “Yeni Sabah”a aparıcı Tarix Əliyev (Tolik) deyib.

Onun fikrincə, saxta izləyicilər olan müğənnilərdən çox influenserlərdir: pizza sifarişi

“İnfluenserlər sosial mediada etdikləri paylaşımların baxış sayından pul qazanırlar. Əksərinin səhifəsində görərsiniz ki, rəy yazanlar ərəblər, farslar və ya eyni profillərdir. Bəzən elə olur ki, bir izləyici eyni videoya 4-5 rəy yazır. Bunlar hamısı pulla alınır. Ona görə də dəqiq bilirəm ki, həmin səhifələrdə izləyicilərin çoxu botdur”.

Aparıcı qeyd edib ki, bəziləri qısa müddətdə sosial mediada “milyonlarla izləyici” toplayır:

“Onlar nə böyük iş görürlər ki, izləyicilərinin sayı dayanmadan artır. Mən 2011-ci ildən “Instagram” istifadə edirəm, 1 milyon 400 min izləyicim var. 15 ilə ancaq bu qədər yığa bilmişəm. Necə olur ki, onlar 365 günə 1 milyon yığır?

Bunların hamısı yalandır. Məşhurları izləyənlərin çoxu kasıb təbəqənin nümayəndələridir. Bəziləri yarışma keçirib həmin təbəqəyə hədiyyələr qazandırırr və səhifələrini məşhurlaşdırırlar.

Müğənnilər də bəhsə-bəhs giriblər ki, guya ölkədə ən çox izlənən bunlardır. Mən heç onların da izlənməsinin real olduğuna inanmıram. Çünki “star” dediyimiz ifaçılar var, onların ifası 1-2 milyon izlənir. Lakin nə oxuduğunu bilməyənlərin mahnıları “bir neçə milyon baxış” alır. Əlbəttə, bunların heç biri inandırıcı deyil. Hər şey göz qabağındadır”.

Qeyd edək ki, bir neçə günüdür ki, “Instagram” məşhurların səhifə və profillərində bot hesab təmizliyi edir. Bununla da bir çox yerli və xarici məşhurlar xeyli sayda izləyici itiriblər.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!