Özünü vəkil kimi təqdim edib dələduzluq əməlləri törətməkdə ittiham edilən şəxs həbs olunub.
"Yeni Sabah" xəbər verir ki, Pirallahıda keçirilən əməliyyat zamanı Fuad Əliyev saxlanılıb.
O özünü vəkil kimi təqdim edərək bir nəfər zərərçəkəni işlə təmin edəcəyinə dair ona yalan vəd verib. Vətəndaş onun dediklərinə inanaraq F.Əliyevə 6.350 manat verib. A pizza hut
raşdırma zamanı özünü vəkil kimi təqdim edən həmin şəxsin digər hüquqi yardımlar adı altında “xidmətlər” göstərdiyi və insanların etibarından sui-istifadə edərək çoxsaylı dələduzluq əməlləri etdiyi də müəyyən edilib.
F.Əliyevə ittiham elan edilərək o, cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmənin qərarı ilə şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız