AZAL-dan yeni aksiya

saytların hazırlanması

Evə çatdırılma

AZAL-dan yeni aksiya

Sosial

30 Yanvar 2019 20:46 920


“Azərbaycan Hava Yolları” (AZAL) Bakı-İstanbul-Bakı istiqaməti üzrə aviareyslərdə yeni aksiya barədə məlumat verib. 

“Yeni Sabah” xəər verir ki, 2019-cu il 25 fevral tarixinə kimi qeyd olunan istiqamət üzrə reyslərə aviabilet aldıqda qiymət 169 avro, əks istiqamətdə (İstanbul-Bakı-İstanbul) isə 189 dollar təşkil edəcək. Aksiya çərçivəsində uçuş tarixləri: 2019-cu il fevralın 1-dən 28-ə kimidir. Qeyd edək ki, endirimli qiymətlərə aviabiletlərin sayı məhduddur. 

Aviabiletin qiymətinə baqajın (23 kq-a kimi 1 yer), əl yükünün (10 kq-a kimi, 55*40*23 sm ölçülərdə) pulsuz daşınması və təyyarədə isti yemək daxildir. Toyuqlu pizza

Endirimli aviabiletləri uçuşa ən azı 72 saat qalmış AZAL-ın kassalarında, habelə www.azal.az saytında və aviaşirkətin rəsmi agentliklərində əldə etmək olar.

Aksiya çərçivəsində sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

Telefon nömrələri:

(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)

 

 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!