AZAL sərnişinlərin artan tələbatına cavab olaraq Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik reyslərin sayını 10-dan 12-yə çatdırıb.
Yenisabah.az xəbər verir ki, uçuşların sayının artması ilə əlaqədar biletlərin mövcudluğu tam təmin olunduğundan sərnişinlərin aviabilet almaq üçün AZAL-ın kassalarının qarşısında növbəyə durmağa ehtiyac qalmayıb.
Reyslərə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində Azərbaycan vətəndaşları üçün 60 manat, xarici ölkə vətəndaşları üçün isə 70 manat təşkil edir. Toyuqlu pizza
Bundan əlavə, 18 yaşınadək əlil uşaqlar, tələbələr, həmçinin I və II qrup əlillər üçün 10 manat güzəşt tətbiq edilir. Yalnız bu kateqoriyadan olan sərnişinlər aviabiletləri aviaşirkətin Bakı və Naxçıvan hava limanlarındakı rəsmi kassalarında əldə edə bilərlər. Həmin sərnişinlər biletləri alarkən müvafiq sənədləri təqdim etməlidirlər.
Telegram kanalımız