16 Avqust - 04:45
Azər Ayxan istefa verdi: “Əlverişiz mənəvi-psixoloji mühit...“

Azər Ayxan istefa verdi: “Əlverişiz mənəvi-psixoloji mühit...“

Digər

06 İyul 2022 12:19 797


“Yeni Müsavat" qəzetinin baş redaktoru Azər Ayxan tutduğu vəzifədən istefa verib.

Yenisabah.az-ın məlumatına görə, bu barədə Azər Ayxanın özü bildirib:

“"Yeni Müsavat" Media Qrupu ilə yollarımı ayırdım. "Yeni Müsavat"ın baş redaktoru vəzifəsindən istefa verdim.

Bəzən yaranan fikir ayrılıqları, mübahisələr bir tərəfin getməsi ilə daha asan həllini tapır. Qalıb dirəşmək, üz-göz olmaq çıxış yolu deyil. Əksinə, bu, durumu daha da gərginləşdirir. Anlaşa bilmirsənsə, uzaqlaşacaqsan. Yanlış qərarların verilməsinin qarşısını ala bilmirsənsə, yapacaq bir şey qalmır - gedəcəksən. Əlverişiz mənəvi-psixoloji mühit insanı usandırır, enerjisini alır və yorur.

Maddi itkilərə rəğmən imtina edə bilmək və zamanında çəkilmək insanı ərdəmli qılar, hörmətli tutar. Ən əsas, öz gözündə yüksəldər.

Bir müddət istirahət edəcəm. Sonrasına sonra baxacağıq”.

Qeyd edək ki, Azər Ayxan "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlunun qardaşıdır. O, uzun illərdi ki, bu qəzetin rəhbərliyində çalışırdı.

Azər Ayxan 1991-ci ilin oktyabrında “Yeni Müsavat” qəzetinə gəlib və müəyyən müddət burada işləyib. 1996-cı ildə “7 Gün” qəzetində 1 il reportyor olaraq çalışıb. Sonra yenidən “Yeni Müsavat” qəzetinə qayıdıb. 1998-99-cu illərdə isə “Müxalifət” qəzetinin direktoru olub. 2005-ci ilin yanvar ayından “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini təyin olunub. Daha sonra Yeni Müsavat" Media Qrupunun rəhbəri tərəfindən “Yeni Müsavat” qəzetinin baş vəzifəsinə gətirilib. 

A.Ayxan 2015-ci ildə Müsavat Partiyasının üzvülüyündən də istefa verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!