“Azər hər şeyi alt-üst etdi” - Atası danışdı   + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Azər hər şeyi alt-üst etdi” - Atası danışdı + VİDEO

Şou

17 Fevral 2025 11:13 272


Mərhum aktyor Azər Baxşəliyevin atası Elxan Baxşəliyev övladının ölümündən danışıb. 

Yenisabah.az xəbər verir ki, "5 üz" proqramına açıqlama verən E.Baxşəliyev nəvəsi ilə təsəlli tapdığını bildirib:

"Valideyn balanın çiynində gedər son mənzilə. Amma ata öz uşağını dəfn etməyi heç kimə arzulamaram. Hər şeyi alt-üst etdi. Balasını da doyunca oynada bilməd. Biz onun balası ilə yaşayırıq, nəfəs alırıq. Bizim üçün onu qoydu getdi. Fəxr edirəm ki, belə bir oğlum var idi. Azər kimi oğlum var idi, mən onunla fəxr edirəm". Dominos pizza

Qeyd edək ki, Azər böyrək çatışmazlığından əziyyət çəkirdi. O, yanvarda dünyasını dəyişib. Nigar adlı xanımla ailəli olan Azərin Züleyxa adlı bir qız övladı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!