Azər İsmayılovun villasından oğurluq edənlər saxlanıldı - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Azər İsmayılovun villasından oğurluq edənlər saxlanıldı - Rəsmi

Şou

09 Mart 2020 13:00 871


Teleaparıcı Azər İsmayılovun (Zahid) Mərdəkan-Buzovna yolunun üstündə tikdirdiyi villasında baş verən oğurluq hadisəsinin üstü açılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib. 

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunanlar - 1978-ci il təvəllüdlü Y.Yusifov və 1969-cu il təvəllüdlü R.Əliyev müəyyən olunaraq saxlanılıb, maddi sübutlarla birlikdə İstintaq şöbəsinə təhvil verilib.  pizza

Faktla bağlı şübhəli şəxslər ətrafında araşdırmalar davam etdirilir. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!