2026-cı ilin ilk 6 ayında Azərbaycan xarici ölkələrə 22,2 milyon ABŞ dolları dəyərində 13 min 962 ton albalı və gilas ixrac edib.
“Yeni Sabah” Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, ixracın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 10% artsa da, həcmi 14% azalıb.
Hesabat dövründə əsas ixrac istiqaməti Rusiya olub. Bu ölkəyə 22,1 milyon dollar dəyərində 13 min 835 ton albalı və gilas göndərilib. İllik müqayisədə Rusiyaya ixracın dəyəri 10% artıb, həcmi isə 14% azalıb. Marqarita pizza
Azərbaycan Qazaxıstana 111,5 min dollar dəyərində 107,6 ton məhsul ixrac edib. Burada həm dəyər, həm də həcm üzrə artım qeydə alınıb. Belarus istiqamətində isə 15,4 min dollar dəyərində 19,2 ton albalı və gilas satılıb. Məhsulun dəyəri 49% azalsa da, ixrac həcmi 4 dəfədən çox artıb.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanın ixrac etdiyi 16 min 758 ton albalı və gilasın 99,3%-i Rusiyanın payına düşüb.
Telegram kanalımız