Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Azərbaycan Avtomobil Evi” MMC iddiaları təkzib etdi
30 Noy 2021 13:40
7990

“Azərbaycan Avtomobil Evi” MMC iddiaları təkzib etdi

Bir neçə gün əvvəl şikayətçinin müraciəti əsasında “Yeni Sabah” xəbər saytında “Bakıda “Changan” qəzası maşında zavod defektləri olub – Şikayət” başlığı altında xəbər paylaşılıb.

Xəbərdə avtomobil idarə etmiş sürücünün sözlərinə istinadən qeyd edilib ki, qəza avtomobildə olan zavod defektinə görə baş verib. Belə ki, avtomobilin sükanında, həmçinin, hava yastıqlarında qüsur olub. Nəticədə, sükan kilidlənib, hava yastıqları açılmayıb.

Yazıda səslənən iddialarla bağlı “Azərbaycan Avtomobil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Toğrul Paşayev tərəfindən “Yeni Sabah”a müraciət daxil olub. Qarşı tərəfin şikayətçinin iddialarına verdiyi cavabı təqdim edirik:

Qeyd edilən informasiyaya cavab olaraq nəzərinizə çatdırmağı zəruri hesab edirik ki, müvafiq avtomobildə istehsalçı qüsurunun və ya sonradan yaranmış qüsurun olmasını təsdiq edən heç bir mötəbər sənəd (məsələn, texniki rəy və s.) mövcud deyildir. 

Bu halda, baş vermiş qəzanın “Changan” avtomobilindəki qüsurla səbəbli olaraq əlaqələndirilməsi iddiası əsassız və formal xarakter daşıyır. Belə ki, avtomobildə aktiv və passiv təhlükəsizlik sistemləri mövcuddur. 

İstənilən qəza halında sürücü sərnişinləri ilk növbədə qoruyan aktiv təhlükəsizlik sistemləridir ki, buraya təhlükəsizlik kəmərləri, avtomobilin ön və arxa hissəsində yerləşən, zərbənin gücünü yumşaldan lanjron qatı və s. aiddir. Sürücünün sözlərinə əsaslanaraq, o, təhlüksəzilik kəmərindən istifadə etmişdir. Qəza zamanı qəzanın güc vahidindən asılı olaraq, sürücünü yuxarıda qeyd olunan aktiv təhlükəsizlik sistemləri qorumuşdur. 

Passiv təhlükəsizlik sisteminə aid olan təhlükəsizlik hava yastıqlarınıın açılması üçün avtomobilin zərbə görən hissəsinin (məsələn, ön hissəsinin) zərbə zamanı tam qapanması və tərpənməyən maneə ilə toqquşma zamanı sürətin 30 km/s-dan çox olması, həmçinin aktiv təhlükəsizlik sistemlərinin həmin qəza zamanı yetərli olmaması zəruridir. Avtomobildə əyləşən sürücünün hadisə zamanı heç bir xəsarət almaması, avtomobilin salon hissəsinin deformasiyaya uğramamsı yuxarıda qeyd olunanları təsdiqləyir.

Şərh edilənlərdən göründüyü kimi, qanuna və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığorta olunanlara və ya üçüncü şəxslərə ödənilməsi üçün əsas olan hal- sığorta hadisəsi baş vermişdir. Bu əsasla aidiyyəti qaydada müraciət edilmiş, sığorta ödənişinin aparılması təmin edilmişdir. 

Bundan sonra avtomobilin təmir edilməsi üçün müvafiq ehtiyat hissələri sifariş verilmişdir. Əlavə olaraq diqqətinizə çatdırırıq ki, ehtiyat hissələri müəssisənin anbarına daxil olduqdan sonra qəza baş vermiş avtomobilin servis mərkəzində təmir edilməsi və alıcıya təhvil verilməsi təmin olunacaqdır. Göründüyü kimi, müvafiq informasiya qismən əsassızdır.  

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər