Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında cinayətkarlığa qarşı mübarizə və hüquqi əməkdaşlıq çərçivəsində növbəti ekstradisiya proseduru uğurla həyata keçirilib.
Bu barədə "Yeni Sabah"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Özbəkistan Respublikası Baş Prokurorluğunun vəsatətləri əsasında həmin ölkənin vətəndaşları – 1981-ci il təvəllüdlü Raxmatullo Nomancanoviç Mirzaalimov və 1976-cı il təvəllüdlü Azamatcon Abduqapparoviç Toxtasinovun cinayət məsuliyyətinə cəlb olunmaları məqsədilə ekstradisiyası Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib. Pepperoni pizza
İstintaq materiallarına əsasən, adıçəkilən şəxslər Özbəkistanda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə, eləcə də ağır nəticələrə səbəb olan bilə-bilə saxta sənədlərdən istifadə etmə cinayətlərini törətməkdə təqsirləndirilirlər. Bu səbəbdən onlar beynəlxalq axtarışa elan edilmişdilər.
Təqsirləndirilən şəxslər 2026-cı ilin aprel ayında Azərbaycan ərazisində müəyyən edilərək saxlanılıb, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 7 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq onların ekstradisiyası barədə qərarlar qəbul edilib. Daha sonra təqsirləndirilən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil veriliblər.
Telegram kanalımız