Gürcüstanın Qori şəhərində 17 yaşadək boksçular (U-17) arasında beynəlxalq turnir keçirilib.
"Yeni Sabah" xəbər verir ki, beş ölkənin qatıldığı yarışda Azərbaycan millisi uğurlu çıxış edərək 5 qızıl, 6 gümüş və 2 bürünc medal qazanıb.
Turnirdə bütün rəqiblərinə qalib gələn Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Əli Abaslı (60 kq), Yusif Həsənli (66 kq) və Şükar Əliyev (80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq çempion olublar. Pepperoni pizza
Vaqif Məhəmmədli (50 kq), Qardaş Rəhimov (54 kq), Əli Camalzadə (57 kq), Yusif Ağakişiyev (75 kq), Saleh Fərəcov (80 kq) və Mehran Rəsulov (+80 kq) gümüş, Aydın Şahbazov (46 kq) və Sabir Rüstəmov (60 kq) isə bürünc medallara sahib çıxıblar.
Telegram kanalımız