Azərbaycan bu ölkəyə yeni səfir təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan bu ölkəyə yeni səfir təyin etdi

Siyasət

27 Fevral 2026 18:09 1015


Elmar Eldar oğlu Məmmədov Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Elmar Məmmədov səfir vəzifəsinə təyin olunanadək Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi kimi çalışıb. pizza hut

Xatırladaq ki, bu vəzifə ötən ilin sentyabr ayından səfir Hüseyn Hüseynovun geri çağrılması ilə boş idi.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın həyat yoldaşı olan H.Hüseynov ən son səfirlikdə katibəsi olan Mariya Boteva ilə sevgi münasibətləri və ondan nigahdankənar uşaq dünyaya gətirməsi iddiaları ilə gündəmə gəlmişdi. Həmin hadisədən sonra o, səfir vəzifəsindən geri çağırılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!