Azərbaycan Respublikası işğal altında olan torpaqlarını azad etdikdən sonra Zəngəzur dəhlizi ilə bağlı məsələnin gündəmə gəlməsi İranda bəzi dostlarımızın narahatlığı ilə qarşılaşdı.
Axar.az xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani deyib.
O, İranda bəzi dairələrin ictimaiyyəti aldatdıqlarını və yanlış proqnozlar verərək Azərbaycana qarşı qərəzli davrandıqlarını söyləyib: İnternet mağaza
“2020-ci ildən başlayaraq bəzi yalançılar və ictimai rəyi çaşdırmağa çalışan şəxslər Azərbaycanın Ermənistana hücum edərək Zəngəzur dəhlizini açacağı barədə proqnozlar verib və çoxsaylı iddialar səsləndiriblər. Mən bunun yanlış olduğunu, Azərbaycanın belə bir niyyətinin olmadığını və məsələnin danışıq və razılaşma yolu ilə həll olunacağını bildirsəm də, onlar bunu qəbul etmək istəmirdilər. İndi isə, xüsusən 2025-ci ildə Amerikada Ermənistan və Azərbaycan razılaşma əldə etdikdən sonra Zəngəzur dəhlizinin açılması üçün inşa işləri başlamaqda və bu layihə reallaşmaqdadır. Özü də maraqlı burasındadır ki, Zəngəzurun Ermənistan ərazisində olmasına, dəhlizin Ermənistanın razılığı ilə açılacağının deyilməsinə baxmayaraq, dəhlizin açılmasından narahat olanlar həmişə Azərbaycan Respublikasının əleyhinə danışır, təhdidlər səsləndirirdilər və Emənistanı İranın dostu və stareteji müttəfiqi adlandıraraq, dəhlizin açılmasını Ermənistanın marağında olmadığını iddia edirdilər”.
Diplomat həmin qərəzli şəxslərin təhdid bəyanatlarını davam etdirmələrinə diqqət çəkərək yeni səhvlərə yol verdiklərini vurğulayıb:
“Onlar anlamırlar ki, hər ölkənin özünün geoiqtisadi və geopolitik maraqları var və maraqlarında olan layihələrin həyata keçirilməsi qaçılmazdır. İndi də Rusiyanın dəhlizin açılmasına razı olmadığını iddia edirlər. Bu da səhvdir. Ukrayna müharibəsinə görə şimal və qərb tərəfdən blokada vəziyyətində olan Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdır”.
Əfşar Süleymani İranda bəzi dairələrin və şəxslərin Zəngəzur dəhlizinin açılması ilə bağlı son bəyanat və təhdidlərini yersiz adlandırıb:
“İndi də Amerikanın ora hərbi qüvvə toplayacağını iddia edir, yenə də təhdid bəyanatları səsləndirirlər. Bu absurddur, onsuz da Amerika Körfəz bölgəsinə lazimi qədər qüvvə toplayıb və İrana zərbələr endirib, daha bura niyə qüvvə toplasın?”
Telegram kanalımız