Azərbaycan cüdoçuları açıq Avropa turnirinə iki medalla başladılar

Azərbaycan cüdoçuları açıq Avropa turnirinə iki medalla başladılar

İdman Veb saytların hazırlanması

16 Sentyabr 2023 22:08 450


Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan açıq Avropa turnirinin ilk günündə iki medal qazanıblar.

Yenisabah.az xəbər verir ki, milli üzvləri bir qızıl və bir gümüş medal əldə ediblər.

66 kq çəki dərəcəsində İslam Mehraliyev finalda Böyük Britaniya təmsilçisi Samuel Halla uduzaraq ikinci yeri tutub. 73 kq çəki dərəcəsində isə Nəriman Mirzəyev həlledici görüşdə isveçrəli Naim Mata qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!