Azərbaycan daha beş erməni hərbi əsiri Ermənistana qaytardı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan daha beş erməni hərbi əsiri Ermənistana qaytardı

Hadisə

28 Yanvar 2021 18:30 1340


Azərbaycan daha beş hərbi əsiri Ermənistana qaytarıb.

Yenisabah.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə bu gün Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib.

Hərbi əsirlərin qaytarılması Rusiyanın vasitəçiliyi ilə baş tutub.

Erməni hərbi əsirləri daşıyan təyyarə artıq Bakıdan havaya qalxıb.

Onları Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov müşayiət edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!