Azərbaycan əhalisi günə 90 qram ət yeməlidir: Əgər ala bilsə… 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan əhalisi günə 90 qram ət yeməlidir: Əgər ala bilsə… 

Sosial

17 May 2023 16:58 993


2023-cü ilin fevral ayının mal əti qiymətlərinə görə, Avropada ən yüksək ət qiymətinə sahib ölkə indiyə qədər İsveçrədir. Sonra Norveç və Almaniya gəlir. Türkiyə isə 13 avro ilə Avropa ölkələri arasında orta sıraya yaxındır. 

Türkiyə Mərkəzi Bankının fevral ayı ortalama məzənnəsinə görə, mal ətinin kilosu 263 TL olub. Azərbaycanda isə istehlak səbətinə görə, günə 90 qram ət nəzərdə tutulub. Lakin bu gün o da faktdır ki, ətin qiyməti əvvəllər 12 manat idisə, indi 14-17 manat təşkil edir. Bu da normativi aşağı salır, yəni adambaşıa düşən ət istehlakı azalır. 

Mövcud vəziyyətlə bağlı minimum istehlak səbətinin dəyərinə və ona daxil olan ərzaqlara yenidən baxılması nə dərəcədə vacibdir?  Dördpendirli pizza

İqtisadçı - ekspert Razi Abbasbəyli Cebhe.info-ya bildirib ki, minimum istehlak səbəti Dövlət Statistika Komitəsinin məlumatları əsasında formalaşdırılır: 

“Komitənin məlumatına görə, 2022-ci ildə Azərbaycanda inflyasiya səviyyəsi 12,5 faiz olub. Yəni 14 faizə çatmayıb. Xüsusilə də bir çox ərzaq məhsullarının qiyməti ilə bağlı reallığı əks etdirməyən statistika var. Rəsmi statistika əsasında da vətəndaşların nə qədər ərzaq məhsulu ala bilməsi hesablanır və bunun əsasında da minimum istehlak səbəti formalaşdırılır. Azərbaycandakı mövcud qanunvericiliyə görə, istər minimum əmək haqları, istər minimum pensiya, istərsə də istehlak səbəti ilə bağlı göstəricilərə ildə bir dəfə baxmaq mümkündür. 

Müvafiq qanunlar hökumətin yalnız ildə bir dəfə, ilin əvvəlində bu qiymətləri müəyyən edərək tənzimlənməsinə icazə verir. Yəni ilin ortasında hətta 200-300 faiz iflyasiya getsə belə, həmin rübə uyğun olaraq qiymətləri müəyyən etmək mümkün deyil. Müvafiq qanunvericiliyin tələbləri büdcəyə dəyişikliyin edilməsi, büdcəyə əlavə xərclərlə bağlı iki dəfə icazə verir. Dövlət büdcəsinə ikinci dəfə may-iyun ayında baxılır, əlavə və dəyişikliklər nəzərdə tutulur. Bu baxımdan da Azərbaycanda gedən inflyasiya kifayət qədər sürətlidir. 

Ona görə də bir illik qiymətləndirmə, istehlak səbəti, minimum əmək haqqı, minimum pensiya və s. sosial tələbatlar məsələsinə hər ay, bəlkə də indiki dövrdə hər günə uyğun olaraq müzakirə edilib baxıla bilər. Ancaq ölkədə bir ildən bir inflyasiya göstəriciləri müəyyən edilir. Buna əsasən də minimum istehlak normaları təyin olunur. Bu baxımdan da ətin, bitki və kərə yağının, un və un məmulatlarının da qiymətində demək olar ki, hər ay dəyişiklik olur. Bəzən mövsümlə bağlı hansısa məhsulların qiymətində ucuzlaşma da, bahalaşma da ola bilər. 

Ancaq Azərbaycan idxalçı ölkə olduğuna görə, qiymətlər aşağı düşmür, daha da bahalaşır. Bu baxımdan DSK-nin rəsmi statistik məlumatlarındakı inflyasiya səviyyəsində həqiqiəti əks etdirməyən rəqəmlər necə ifadə edilirsə, o da özünü minimum istehlak səbəti, minimum əmək haqqı normasında,minimum təqaüd, pensiya və sosial ödənişlər formasında ifadə edir”. 

Ekspert hesab edir ki, bu baxımdan qanun dəyişməlidir: 

“Qanunda zamana uyğun olaraq, ildə 4 dəfə, rüblərə uyğun olaraq inflyasiya səviyyəsi müzakirə edilməlidir. Real istehlak münasibətləri ifadə edilməli və qiymətlər ona görə dəyişməlidir. Onsuz da vətəndaşlar inflyasiyadan əziyyət çəkirlər. Hökumətin arqumentləri ondan ibarətdir ki, maaşları, pensiyaları, sosial ödənişləri artırmaq böyük inflyasiyaya səbəb olacaq. Bir qədər də haqlıdır. Çünki maaşı, pensiyanı artırmaqla qiymətləri aşağı salmaq mümkün deyil. 

Başqa maliyyə alətlərindən istifadə etmək lazımdır. Hökumət o qədər ləngdir ki, sovet dövründən mövcud olan büdcə dəyişiklikləri, büdcə idarəetməsi təsnifatı qanunlarını tərcümə edib hələ də qüvvədə saxlayırlar. Müasir dövrün tələblərinə cavab vermədiyinə görə ölkədə qiymətlər 200 faiz bahalaşsa da ilin əvvəlində təyin edilən istehlak normaları ilə bağlı bürütün ödənişlər dəyişməz olaraq qalır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!