Azərbaycan Ermənistana hansı məhsulları ixrac edəcək? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Ermənistana hansı məhsulları ixrac edəcək? - AÇIQLAMA

İqtisadiyyat

15 Avqust 2026 11:03 73


Ermənistan Baş naziri Nikol Paşinyan avqustun 13-də jurnalistlər üçün keçiridiyi brifinqdə bildirib ki, ölkəsi yaxın zamanlarda Azərbaycana məhsul ixrac etməyə başlayacaq. Baş nazir ixracın nə vaxt başlayacağına və hansı məhsulların ixrac ediləcəyi haqda məlumat verməyib.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Strateji Kommunikasiya üzrə Ekspert Səfər Aslanov bildirib ki, ticarət prosesinin formalaşması hər iki dövlətin biznes vahidləri üçün hər idxal həm də ixrac üçün alternativ bazarların aşkarlanması imkanlarını genişləndirir:

“Sülh, hər hansı digər amildən daha çox, sərhədyanı bölgələrə investisiya cəlb edən, ticarət dəhlizlərini işə salan və uzunmüddətli iqtisadi böyümə üçün ən ucuz, lakin ən dəyərli amildir. Ticarət prosesinin formalaşması hər iki dövlətin biznes vahidləri üçün hər idxal həm də ixrac üçün alternativ bazarların aşkarlanması imkanlarını genişləndirir. pizza

İdaxalolunacaq məhsullarla bağlı məlumatlar yayımlanmasa da ehtimal edirəm ki, ilin mərhələdə metallurgiya və mədən-xammal məhsulları, yəni əlvan və qara metallurgiya sənayesi üçün xammal və emal məhsulları (metal filizləri, ərintilər və onların emalından alınan yarımfabrikatlar) bu qəbildən olan digər məhsulların idxal olunması mümkündür”.

Ekspert əlavə edib ki, iki ölkə arasındakı coğrafi yaxınlıq nəqliyyat xərclərini kifayət qədər azaldır:

“Coğrafi yaxınlıq nəqliyyat xərclərini kifayət qədər azaldır. Uzun dəniz və ya üçüncü ölkə tranziti əvəzinə birbaşa avtomobil və ya dəmir yolu daşınmasının mümkün edir. Nəzərə alamq lazımdır ki, geniş miqyaslı ixrac axını hələ formalaşmayıb və texniki (bank-maliyyə, nəqliyyat) infrastruktur da digər ticarət tərəfdaşları ilə müqaisədə daha zəifdir.

Amma tərəflərin sülh gündəliyini sadiqliyini nümayiş etdirən davranışları və bəyanatları bunların aradan qaldırılması istiqamətində aparılan fəaliyyətləri daha da intensivləşdirəyini göstərir. Bu isə öz növbəsində ən iqtisadi əlaqələrin gücləndirilməsinə dəstək olur”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!