Azərbaycan güləşçiləri Avropa çempionatına 3 medalla başladılar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan güləşçiləri Avropa çempionatına 3 medalla başladılar

İdman

08 İyul 2026 00:38 66


Azərbaycan güləşçiləri Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatına 1 qızıl, 2 gümüş medalla başlayıblar.

"Yeni Sabah" xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə millinin 3 üzvü fəxri kürsüyə qalxıb.

Emin Cavadlı (55 kq) finalda ermənistanlı Edqar Petrosyana "tuş"la qalib gələrək Avropa çempionu olub. Pepperoni pizza

Cavidan Nehmətov (77 kq) həlledici görüşdə ermənistanlı Samvel Terteryana (0:4), Orxan Hacıyev (87 kq) isə finalda rusiyalı Mixail Şkarinə (0:10) məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə çıxıb.

Museyi-Kazım Hüseyn (130 kq) bürünc medal görüşündə türkiyəli Üzeyir Bostana ilk xal prinsipinə əsasən (1:1) uduzub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!