Azərbaycan güləşçiləri Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında daha 2 medal qazanıblar.
"Yeni Sabah" xəbər verir ki, yarışın üçüncü günündə yunan-Roma güləşi üzrə milli komandamızın daha iki üzvü fəxri kürsüyə yüksəlib.
Ayxan Cavadov (60 kq) rumıniyalı Draqos Draqaya 6:1, Elmin Əliyev (82 kq) isə macarıstanlı Sabolç Sinaya 8:0 hesabı ilə qalib gələrək bürünc medal əldə ediblər. pizza mizza
Digər güləşçimiz Roman Kərimov (67 kq) təsəlliverici görüşlərdə litvalı Eymantas Andriuskanı 9:0, moldovalı Maksim Damaşini isə 10:0 hesabı ilə məğlub edib. Bürünc medal uğrunda həlledici qarşılaşmada isə o, rusiyalı Amir Sovmizə 2:6 hesabı ilə məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Beləliklə, yunan-Roma güləşi üzrə millimiz qitə birinciliyini 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub. Xatırladaq ki, bir gün öncə Emin Cavadlı (55 kq) qızıl, Cavidan Nehmətov (77 kq) və Orxan Hacıyev (87 kq) isə gümüş medal qazanmışdılar.
Telegram kanalımız