Azərbaycan İranın cavabını verib, bundan sonra da verəcək 

Azərbaycan İranın cavabını verib, bundan sonra da verəcək 

Siyasət Veb saytların hazırlanması

02 Aprel 2023 12:30 1251


Azərbaycanın müstəqil xarici siyasət yürütməsi ən çox cənub qonşumuzu qıcıqlandırır. 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün təmin olunması rəsmi Tehranın narahatlığını daha da artırdı. Müsəlman dövlətinə məxsus olan torpaqların 30 ilə yaxın müddət ərzində işğal altında qalmasına, məscidlərimizin dağıdılmasına göz yuman İran hakimiyyətinin müharibədən dərhal sonra Ermənistanla ikitərəfli əlaqələri genişləndirmək kursu tutması onun mahiyyətini bir daha ortaya qoydu. 

Yenisabah.az bildirir ki, Azərbaycan-İran münasibətləri ikincinin məsuliyyətsizliyi üzündən yenidən gərginləşib. Həftənin günlərini unudan Tehran dünən Bakıya "nota" verib. Diplomatik korpusun fəaliyyətini dayandırdığı bir ölkəyə "nota" vermək, üstəlik, bunu şənbə günü bəyan etmək İran başbilənlərinin qısır diplomatik təsəvvürünün nəticəsi olmaqla yanaşı, həm də ikitərəfli münasibətlərdə gizli məkrin aşkara çıxmasının əlamətidir. Azərbaycan diplomatik müstəvidə İranın cavabını verib, əminliklə deyə bilərik ki, bundan sonra da verəcək. Amma Azərbaycan cəmiyyətinin, Azərbaycan mətbuatının da deməyə sözü var. Axı Tehranın hədəsinin tək ünvanı siyasi hakimiyyət deyil, həm də mətbuatdır, cəmiyyətdir... 

Abrına qısılmağı bacarmayan İranın məlum "nota"sında Azərbaycan mətbuatını hədəfə götürməsi absurddur, sosial şəbəkələrdə gülüş obyektinə çevrilib. Görünür, mollabaşlar hələ də başa düşmürlər ki, Azərbaycan müstəqil olduğu kimi onun cəmiyyəti də, mərtbuatı da müstəqildir. Azərbaycan mətbuatı qamçı ilə idarə olunmur. Azərbaycanda mətbuat cəmiyyətin aynasıdır, onun fikrini ifadə edir. Mətbu müstəqillik demokratiya nümunəsidir. Azərbaycanda mətbuat azadlığı, fikir müxtəlifliyi, prülarizm çoxdan bərqərar olunub. Demokratik ölkələrdə mətbuat "xorla" idarə olunmur. İran bu dəyərlərdən xəbərsiz olduğu üçün hamını öz arşını ilə ölçür. Boyu arşına uyğun gəlməyənlər qamçıya "qonaq edilir". İranın demokratiya anlayışı bu qədər bəsitdir. Mahiyyəti kimi...

İranın yağdırdığı hədyanlardan təkcə siyasi hakimiyyət deyil, həm də cəmiyyət narahatdır. Çünki bu hücumun hədəfi Azərbaycan cəmiyyətidir. Mətbuat da cəmiyyətin bir parçası olduğu üçün onun əhval-ruhiyyəsini ifadə edir. Çox uzağa getməyək, qulağımızın dibində məlum "Səhər" kanalının səhər-axşam qarayaxma kampaniyası aparması, yalan ifraz etməsi narahatlıq doğurmaya bilməz. Azərbaycan üçün ən həssas dönəmlərdə "yalan üyüdən" "Səhər"in yüyəninin kimin əlində olduğu heç kimə sirr deyil. Azərbaycan mətbuatına "peşəkarlıq dərsi" keçmək ididasına düşən Tehran öz əlinin altındakına, daha dəqiq desək, öz əlaltısına niyə eyni iradları bildirmir? "Səhər"in uydurduğu cəfəngiyyatı görmək istəməyən İranın Azərbaycan mətbuatının kifayət qədər arqumentləşdirilmiş mülahizələrinə gözünün bərltməsi hansı peşəkarlığa sığır? Görəsən, Tehrana arada güzgüyə baxmağın faydalı olduğunu deyən, izah edən olmayıb? 

Bəlkə də olub. Cəhalətin bir əlaməti də anlamamaqdır...


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!