“Azərbaycan İran yük maşınlarının Ermənistandan deyil, onun ərazisindən keçməsini təmin etməyə çalışır”.
Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu siyasi strateq Karen Köçəryan sentyabrın 15-də jurnalistlərlə görüşündə bildirib.
Onun sözlərinə görə, bütün problem iranlı sürücüləri əvvəlcə Meğridə, sonra azərbaycanlıların post qurduğu Qafanda rüsum ödəməli olsalar, sonda bundan bezəcək və Azərbaycan ərazisindən keçməyə başlayacaqlar.
Ekspertin fikrincə, nəticədə bütün proseslər erməni əhalisinin bu əraziləri tərk etməsinə gətirib çıxaracaq.
“İranlı sürücülər öz ərazilərində maşın sürməyə başlayanda, azərbaycanlılar hətta geri çəkilərək bunu lütf kimi təqdim edə bilərlər. Mövcud vəziyyətdə Azərbaycan iqtisadi maraqlarını güdür ”, - deyə Köçəryan qeyd edib.
Telegram kanalımız