Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Azərbaycan “möcüzəsi”: Bir gün əvvəl yaranan şirkət tenderin qalibi oldu
29 Noy 2021 09:33
2574

Azərbaycan “möcüzəsi”: Bir gün əvvəl yaranan şirkət tenderin qalibi oldu

Yeni yaranan, təcrübəsi olmayan, ya da bir ünvanda eyni şəxsin adına qeydiyyata olan şirkətlərin dövlət qurumlarının elan etdiyi tenderlərdə, ya da kotirovka sorğularında qalib olması dəfələrlə qeydə alınıb.

“Yeni Sabah” Yeniavaz.com-a istinadən xəbər verir ki, bu cür tender müsabiqələrində Respublika Cüzəm (Leproz) Xəstəxanasının adı xüsusi olaraq fərqlənir.

Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Cüzəm Xəstəxanasının keçirdiyi növbəti tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi "Sonbahar” MMC (VÖEN- 8700137111) olub.

Xəstəxana kotirovka sorğusunu oktyabr ayının 1-də elan edib. "Sonbahar” MMC isə cəmi bir gün əvvəl - 29.09.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan bu şirkət Cüzəm Xəstəxanasının sifarişilə tədbirlərin təşkili və keçirilməsini həyata keçirəcək və bu iş  üçün 7 min 6 manat alacaq.

Məlumat üçün onu da bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Tender elanından bir gün əvvəl yaranan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Onu da qeyd edək ki, bu cür şübhəli tender müsabiqələri Respublika Cüzəm Xəstəxanası tərəfindən mütəmadi olaraq keçirilir.

Ötən ay Respublika Cüzəm Xəstəxanasının keçirdiyi tender müsabiqəsində (kotirovka sorğusu) "Lena” MMC (VÖEN-1307364501) qalib olub.

Xəstəxana kotirovka sorğusunu sentyabr ayının 30-da elan edib. "Lena” MMC də eyni gündə - 30.09.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 20 manat olan bu şirkət Cüzəm Xəstəxanasının sifarişilə nəqliyyat vasitələrinin cari təmirini həyata keçirəcək və bu xidmətlər üçün 10 min 831,5 manat alacaq.

 


Youtube kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər