16 Avqust - 04:43
Azərbaycan neftinin qiyməti 125 dolları keçdi

Azərbaycan neftinin qiyməti 125 dolları keçdi

İqtisadiyyat

02 İyul 2022 09:38 1037


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,54 % artaraq 125,3 ABŞ dolları təşkil edib.

Yenisabah.az xəbər verir ki, hərraclarda “Brent” markalı neftin sentyabr fyuçersləri 111,48 ABŞ dollardan satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!