Rusiya sülhməramlı qüvvələri komandanlığının bilavasitə iştirakı ilə Qarabağın erməni icması ilə Azərbaycan nümayəndələrinin görüşü keçirilib.
Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə məlumatı Qarabağın dağlıq hissəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanlığı verib.
Məlumatda qeyd olunur ki, görüş zamanı Qarabağdakı istehlakçıların elektrik enerjisi və qaz təchizatının bərpası ilə bağlı razılıq əldə olunub.
Xəbərdə bildirilir ki, Rusiya sülhməramlı qüvvələrinin komandanlığı Laçın dəhlizi ilə avtomobil nəqliyyatının maneəsiz hərəkətinin bərpası ilə bağlı danışıqları davam etdirir.
Telegram kanalımız