Azərbaycan Ordusu erməni qadın terrorçunu zərərsizləşdirib   - Foto/Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Ordusu erməni qadın terrorçunu zərərsizləşdirib - Foto/Video

Hadisə

15 Sentyabr 2022 18:44 3257


Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədənlərdən biri - erməni qadın terrorçu zərərsizləşdirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bildirilib ki, Birinci Qarabağ müharibəsində aktiv iştirak etmiş, Azərbaycan torpaqlarının işğal edilməsində mühüm rol oynamış Susanna Marqaryan Cermukda öldürülüb.

Bildirilir ki, Susanna Marqaryan Ermənistan müdafiə nazirinin müşaviri Razmik Petrosyanla birlikdə könüllü olaraq döyüşlərə yollanmışdı.

Onun hansı şəraitdə və necə öldürülməsi açıqlanmır.

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!