Azərbaycan Premyer Liqasının II turundan təxirə salınmış “Sumqayıt” - “Sabah” oyununun keçirilmə tarixi və başlama vaxtı müəyyənləşib.
Yenisabah.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytında məlumat verilib.
Məlumata görə, qarşılaşma oktyabrın 25-də olacaq.
“Kapital Bank Arena”da baş tutacaq matç saat 18:30-da start götürəcək.
Telegram kanalımız