Messinin komandası mübarizəni dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

Messinin komandası mübarizəni dayandırdı

İdman

28 Noyabr 2026 10:16 65


Lionel Messinin də forma geyindiyi qarşılaşmada "İnter Mayami" MLS-in pley-off mərhələsində mübarizəni dayandırıb.

“Yeni Sabah” xəbər verir ki, gərgin mübarizə şəraitində keçən və "Kolumbus Kryu"nun 1:0 hesablı qələbəsi ilə yekunlaşan oyunda yeganə qol matçın son saniyələrində vurulub.

Hakimin əlavə etdiyi vaxtda, 90+2-ci dəqiqədə Anass Zarurinin ötürməsindən sonra Santyaqo Rodriges fərqlənərək meydan sahiblərinə qələbə qazandırıb. ShopByBro

Bu nəticə ilə "İnter Mayami" cari mövsüm üçün pley-off yürüşünü başa vurub və turnirlə vidalaşıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!