Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət gördü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət gördü

Siyasət

26 Sentyabr 2026 18:48 91


İnvestorlar medianın yaydığı saxta xəbərlərə etibar etmədən Azərbaycan haqqında öz fikirlərini formalaşdırmalıdırlar.

"Yeni Sabah" xəbər verir ki,bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.

Dövlət başçısı deyib ki, bu cür tədbirlərin üstünlüklərindən biri ölkə ilə şəxsən tanış olmaq və yalnız biznes nümayəndələrinin deyil, insanların da fikirlərini eşitmək imkanıdır. Toyuqlu pizza

"Bu günlərdə onlar istənilən insandan ölkə haqqında nə düşündüyünü, onun necə inkişaf etdiyini, düzgün istiqamətdə gedib-getmədiyini soruşa və müstəqil şəkildə öz fikirlərini formalaşdıra bilərlər", - İlham Əliyev vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!