Azərbaycan səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyirəm - İrlandiyalı deputat

Azərbaycan səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyirəm - İrlandiyalı deputat

Siyasət

01 Fevral 2023 10:54 378


“Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumun səbəbkarları məsuliyyətə cəlb edilməli, bu hadisə qəti şəkildə pislənməlidir”. 

Yenisabah.az xəbər verir ki, bunu İrlandiya parlamentinin Xarici əlaqələr komitəsinin sədri Çarli Flanaqan deyib. 

"Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum qəti şəkildə pislənməlidir. Həlak olmuş mühafizəçinin ailəsinə başsağlığı verirəm. Cinayəti törədənlər məsuliyyətə cəlb edilməlidir. Vyana Konvensiyasına görə, diplomatların və diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi öhdəliyi onların yerləşdiyi ölkənin üzərinə düşür”, - irlandiyalı parlamentari deyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!