Azərbaycanlı iş adamı Nəsib Həsənov Avropa ilə Cənubi Qafqazı birləşdirən magistral internet kabelinə nəzarət edən “Caucasus Online” provayderinin 100%-lik sahibi olub.
Yenisabah.az xəbər verir ki, bu barədə Gürgüstanın agenda.ge informasiya portalı məlumat yayıb.
Məlumatda bildirilir ki, N.Həsənovun başçılıq etdiyi “Neqsol Holding” hələ 2019-cu ildə magistral xəttin sahibi olan “Caucasus Online” şirkətinin səhmlərinin 49%-ni əldə edib. Bugünlərdə isə sonuncunun rəhbəri Xviça Makatsariya səhmlərin yerdə qalan hissəsini də holdinqə satmağı qərara alıb. Dördpendirli pizza
Beləliklə də, Azərbaycan şirkəti Avropadan Cənubi Qafqaza gələn internet kabelini nəzarətə götürüb. /Oxu.az
Telegram kanalımız