Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının komanda-qərargah təlimi başladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının komanda-qərargah təlimi başladı

Rəsmi

23 Sentyabr 2024 19:24 1490


Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2024” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə müxtəlif tapşırıqları yerinə yetirəcəklər. pizza sifarişi

İştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsi məqsədilə keçirilən beynəlxalq təlim sentyabrın 27-dək davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!