Azərbaycan Ukraynaya pulsuz qaz verəcək? –   Nazirdən rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Ukraynaya pulsuz qaz verəcək? – Nazirdən rəsmi açıqlama

Rəsmi

06 Avqust 2026 18:07 193


“Azərbaycan zərurət yaranacağı halda Ukraynaya təbii qaz tədarük etməyə hazırdır və regional enerji təhlükəsizliyini gücləndirmək üçün Ukraynanın yeraltı qaz anbarlarından istifadə imkanını nəzərdən keçirir”.

“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Kiyevdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) uzun müddətdir ki, Ukrayna bazarındadır, ölkədə fəaliyyətini aktiv şəkildə davam etdirir və enerji əməkdaşlığının gələcək inkişafı üzrə böyük planlara malikdir. Sezar pizza

“Hazırda Azərbaycan və Ukrayna arasında enerji əməkdaşlığının əlavə qarşılıqlı faydalı istiqamətlərinə dair çox dinamik və fəal dialoq aparılır”, - nazir qeyd edib.

C.Bayramov vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji rol oynayır, xüsusilə 12 Avropa ölkəsinə qaz tədarük edir ki, onlardan da 10-u Aİ üzvüdür: “Bu baxımdan zərurət yaranarsa, Ukraynaya da qaz tədarük etməyə hazırıq”.

Azərbaycan XİN başçısı həmçinin qeyd edib ki, daha geniş regionun enerji təhlükəsizliyini möhkəmləndirmək üçün Ukraynanın yeraltı qaz anbarlarından istifadə olunması əməkdaşlığın perspektivli istiqamətinə çevrilə bilər:

“Biz bunu gələcək əməkdaşlığımızın çox perspektivli istiqaməti kimi nəzərdən keçiririk”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!