Azərbaycan və Çili iqtisadi əməkdaşlığı genişləndirir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Çili iqtisadi əməkdaşlığı genişləndirir

İqtisadiyyat

12 Avqust 2026 16:46 90


İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Azərbaycan ilə Çili arasında ticarət-iqtisadi münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf imkanları müzakirə olunub.

“Yeni Sabah” İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı ilə Çilinin ölkəmizdəki müvəqqəti işlər vəkili Xuan Karlos Salazar Alvares arasında keçirilən görüşdə hər iki tərəfin sahibkarları arasında tərəfdaşlığın möhkəmləndirilməsi və birgə layihələrin icrası məsələləri diqqət mərkəzində olub.

Görüş çərçivəsində diplomatik nümayəndəyə Azərbaycanın investisiya imkanları və AZPROMO-nun fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib. Həmçinin sentyabrda təşkil olunacaq 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu barədə danışılıb və Çili şirkətləri ilə rəsmi qurumlarının bu tədbirdə iştirakı ilə bağlı razılıq əldə olunub. Toyuqlu pizza

Cəlalə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!