Azərbaycan və Çin arasında metallurgiya əməkdaşlığı genişlənir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Çin arasında metallurgiya əməkdaşlığı genişlənir

İqtisadiyyat

13 Avqust 2026 11:24 69


İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin alüminium və metallurgiya sektorunda fəaliyyət göstərən “Xinjiang Joinworld Co., Ltd.” şirkətinin baş direktorunun müavini Ma Binlə görüşüb.

 “Yeni Sabah” xəbər verir ki, görüş zamanı Azərbaycanla Çin arasında iqtisadi münasibətlərin genişləndirilməsi və biznes əlaqələrinin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

 Tərəflər xüsusilə alüminium və metallurgiya sənayesində mümkün birgə layihələri nəzərdən keçiriblər. Sənayedə müasir texnologiyaların və innovativ həllərin tətbiqi, eləcə də şirkətlər arasında texniki təcrübə və bilik mübadiləsinin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb. Görüşdə qarşılıqlı maraq doğuran digər əməkdaşlıq istiqamətləri də müzakirə olunub. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!