“Azərbaycan və Ermənistan arasındakı müsbət dinamikanı alqışlayırıq” - Nazir

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan və Ermənistan arasındakı müsbət dinamikanı alqışlayırıq” - Nazir

Siyasət

08 İyun 2026 17:53 151


Biz Azərbaycan və Ermənistan arasındakı münasibətlərdəki müsbət dinamikanı alqışlayırıq və ümid edirik ki, bu proses regionda uzunmüddətli sülhün bərqərar olmasına töhfə verəcək.

"Yeni Sabah" Gürcüstanın "Birinci Kanal"ına istinadla xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Türkiyə və Azərbaycan xarici işlər nazirləri ilə görüşdən sonra İstanbulda keçirilən mətbuat konfransında bildirib.

O, Gürcüstanın regionda sülhün, sabitliyin və konstruktiv əməkdaşlığın möhkəmləndirilməsinə töhfəsini davam etdirməyə hazır olduğunu bildirib: Pepperoni pizza

"Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə edilən irəliləyişi alqışlayırıq".

Maka Boçorişvili bildirib ki, görüşdən sonra əməkdaşlığın əsas sahələrini müəyyən edən birgə bəyannamə imzalanıb:

"Gürcüstan, Türkiyə və Azərbaycanı strateji tərəfdaşlıq və çoxtərəfli əməkdaşlıq birləşdirir".

Nazir qeyd edib ki, Gürcüstan regionda sülhün, sabitliyin və konstruktiv əməkdaşlığın möhkəmləndirilməsinə töhfəsini davam etdirməyə hazırdır:

"Ortaq məqsədimiz regionumuzu ölkələrin mövcud potensialdan tam istifadə edə biləcəyi və ortaq maraqlara əsaslanaraq tərəfdaşlıqlarını daha da dərinləşdirə biləcəyi əməkdaşlıq, iqtisadi inkişaf, əlaqə və rifah məkanına çevirməkdir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!