Azərbaycan və Serbiya parlamentləri arasında anlaşma memorandumu imzalandı

Azərbaycan və Serbiya parlamentləri arasında anlaşma memorandumu imzalandı

Siyasət Veb saytların hazırlanması

25 May 2023 21:35 536


Milli Məclisin sədri Sahibə Qafarovanın Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan və Serbiya parlamentləri arasında anlaşma memorandumu imzalanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Sənədi Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova və Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç imzalayıblar.

İki ölkənin parlament rəhbərləri bu memorandumun münasibətlərin daha da genişlənməsinə xidmət edəcəyinə inamlarını ifadə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!