Azərbaycan XİN: PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan XİN: PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq

Siyasət

12 May 2025 18:59 371


Azərbaycan Xarici İşlər Nazirliyi PKK terror təşkilatının özünü ləğv etməsi barədə bəyanat yayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə qurumun X hesabında paylaşım edilib.

"Davamlı sülh və sabitlik yolunda mühüm addım olan PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq. Bölgədə terror təhlükəsinə son qoymaq üçün ən qısa zamanda praktiki addımların atılmasını gözləyirik. Qardaş Türkiyə rəhbərliyini terrorizmin kökünün kəsilməsi, təhlükəsizliyin gücləndirilməsi və sabitliyin təşviqi istiqamətindəki sarsılmaz öhdəliyinə görə alqışlayırıq", - paylaşımda deyilir. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!