Azərbaycana gələn turistlərin sayında azalma qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin göstəricilərinə əsasən, 2026-cı ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1,1 milyon nəfər turist səfər edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3% azalma deməkdir.
Ölkəmizə gələn turistlərin coğrafi bölgüsünə nəzər saldıqda ilk pillələrdə Rusiya (28,1%), Türkiyə (21%) və İran (8,2%) qərarlaşıb. Digər ölkələr üzrə göstəricilər isə müvafiq olaraq Gürcüstan (4,9%), Qazaxıstan (4,6%), Özbəkistan (3,2%), Pakistan (2,9%), Hindistan (2,8%), İsrail (2,6%), Çin (2,4%), Səudiyyə Ərəbistanı (1,8%), Ukrayna (1,6%), Türkmənistan (1,3%), Almaniya (1,1%), Böyük Britaniya (1,1%) və digər dövlətlər (12,4%) təşkil edib. Ekspertlər ümumi göstəricilərdəki geriləməni bilavasitə Yaxın Şərq regionunda gərginləşən geosiyasi vəziyyətlə əlaqələndirirlər. pizza mizza
Cəlalə
Telegram kanalımız