Azərbaycana qara metal idxalı artıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana qara metal idxalı artıb

İqtisadiyyat

29 Avqust 2026 10:01 71


Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin ilk 7 ayında ölkəyə 653 min 444 min dollar dəyərində 531 min 195 ton qara metal və ondan hazırlanan məmulatlar gətirilib.

“Yeni Sabah” xəbər verir ki, 2025-ci ilin eyni dövründə isə bu göstəricilər 627 min 795 min dollar dəyərində 551 min 952 ton təşkil edib.

Beləliklə, ölkəyə gətirilən məhsulun miqdarı 3.76% (20 min 756 ton) azalsa da, ödənilən məbləğ 4.09% (25 min 648 min dollar) artıb. Məhsulun miqdarca azalmasına baxmayaraq ümumi xərcin artması qiymətlərin bahalaşması ilə əlaqədardır. pizza mizza

 Belə ki, ötən ilin ilk 7 ayında 1 ton qara metalın orta qiyməti 1137.4 dollar idisə, bu il 8.15% artaraq 1230.1 dollara yüksəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!