Azərbaycanda dövlət dəstəyi ilə həyata keçirilən aqrar sığorta mexanizminin əhatə dairəsi genişlənməkdə davam edir.
Aqrar Sığorta Fondunun məlumatına görə, 2026-cı ilin ilk yarısında ölkə üzrə 341 min 224 hektar əkin sahəsi sığortalanıb. Bununla bağlı 54 829 sığorta müqaviləsi bağlanılıb.
Hesabat dövründə sığortalanan əkin sahələrinin əsas hissəsini arpa, buğda və qarğıdalı təşkil edib. Belə ki, arpa sahələrinin 167 min hektarı, buğdanın 148 min hektarı, qarğıdalının isə 11 min hektarı sığortalanıb. pizza mizza
Ümumilikdə, əkin sahələrinin sığortası üzrə 11 milyon 941 min manat sığorta haqqı toplanıb. Sığortalanan sahələr üzrə təminatın ümumi məbləği isə 458 milyon manatdan çox olub.
Eyni zamanda, ilin yanvar-iyun aylarında 3 344 baş kənd təsərrüfatı heyvanı sığortalanıb. Heyvanların sığortası üzrə 4 milyon 349 min manat sığorta haqqı toplanıb, təsərrüfatlara verilən sığorta təminatı isə 24,1 milyon manat təşkil edib.
Beləliklə, ilin ilk 6 ayında aqrar sığorta üzrə ümumilikdə 16 milyon 291 min manat sığorta haqqı toplanıb. Ümumi sığorta təminatı 482,4 milyon manata çatıb.
Hazırda çəltik və qarğıdalı sahələrinin sığortalanması davam edir. Aqrar Sığorta Fondu fermerləri bu sahələri 20 avqustadək sığortalamağa çağırır.
Qeyd edək ki, aqrar sığorta çərçivəsində 41 növ bitki və bitki məhsulu, həmçinin mal-qara və xırdabuynuzlu heyvanlar sığortalanır. Sığorta haqqının 50 faizi dövlət tərəfindən subsidiya kimi qarşılanır.
Cəlalə
Telegram kanalımız